Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına » Cenub Xeber | Dəqiq və Vicdanlı

Xəbər Lenti

 
Sorğuda iştirak edin

Saytımızı bəyənirsinizmi?

Bəli
Xeyir

 
 

Saytda axtar





(0)
www.CenubXeber.ComTarix: 30-09-2013, 18:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına

Lənkəran rayonu, Liman şəhəri, M. Ə. Sabir küçəsi,
133 saylı evdə yaşayan Hüseynov Nizami Aydın oğlu
tərəfindən

Ərizə


Cənab Prezident!


Mən bu ilin mart – aprel aylarında Sizə teleqramma ilə müraciət edərək evimizin təbii qaz xəttinin 5 mart 2013 – cü il tarixdə Lənkəran Qaz İstismar Sahəsinin rəisi Ceyhun Axundovun göstərişilə qanunsuz və əsassız kəsilməsi barədə məlumat vermiş və bu ədalətsizliyin aradan qaldırılmasına kömək göstərməyinizi xahiş etmişdim. Bundan əlavə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova, Milli Məclisin sədri Oktay Əsədova və digər qürumlara, məhkəmələrə dəfələrlə müraciət etsəm də, məsələ hələ də, həllini tapmayıb. Bütün instansiyalar, o cümlədən məhkəmələr ötür – ötür oyunu oynayırlar. Şirvan Apellyasiya Məhkəməsi şikayətimizi geri qaytarır ki, rüsum ödəməmişik. Halbuki,
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 26 – cı maddəsinə əsasən, İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri - əmlak) zərərin də ödənilməsini həll edir.
İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Bu hal, apellyasiya şikayətinə də aiddir. Məhkəmə sübut göstərə bilmir ki, istehlakçı niyə rüsum ödəməlidir. Amma, alimentdən danışır. Biz buna təəssüflənirik və onların halını başa düşürük.

Cənab Prezident!

Bu dəfə Sizdən məsələnin həllinə kömək etməyi yox, sadəcə, məsləhət istəyirik. Bəlkə, deyəsiniz, hara müraciət edək? Qoy, nə etmək lazım olduğunu bilək. Axı, qarşıda qışdır.

Bir daha məsələnin mahiyyəti barədə Sizə məlumat veririk.

Mən anama məxsus evdə yaşayıram və anam Zəhra Hüseynova 20 ilə yaxındır ki, Lənkəran qaz istismarı sahəsində abonent kimi qeydiyyatdadır. Hər ay evimizin qaz təminatı xətti üzərində quraşdırılan qaz sayğacı bizim “mavi yanacaq” istehlakımıza görə 120-140 manat yazır. Mən hər ay (yay və qış ayları daxil olmaqla) qaz istehlakına görə, müvafiq poçt şöbəsinə 30 – 40 AZN ödəsəm də, buna baxmayaraq xeyli miqdarda debitor borcu yaranıb. Bunun səbəbi heç də bizim qazı istehlak etməyimizdə deyil, sadəcə, sayğacın saxta olmasındadır.

Mən şübhələndiyimə görə, sayğacın ekspertizaya göndərilməsi üçün müvafiq dövlət qürumlarına, o cümlədən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri R. Həsənova etdiyim təkidli müraciətlərdən sonra, 4305274 saylı qaz sayğacı SMPDK Texniki Tənzimləmə və Standartlaşdırma Üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən götürülərək yoxlamadan ötrü ekspertizaya göndərilib.

Bu ilin fevralın 15 – də SMPDK Texniki Tənzimləmə və Standartlaşdırma Üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin rəisi Vüqar Ələkbərovun imzasıyla mənə ünvanlanan məktubda göstərilir ki, 4305274 saylı qaz sayğacı yoxlamadan ötrü Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Labaratoriyasına göndərildi. Labaratoriyanın 65 saylı bildirişinə əsasən 4305274 saylı qaz sayğacı yararsız hesab edilib. Belə ki, qaz sayğacı normadan aşağı göstərir. (sərfiyyatdan az yazır)

Beləliklə, məktubda təzə sayğac almaqdan ötrü “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Qaz İstismar Sahəsinə müraciət etməyimiz tövsiyə olunur.

Sənədlərdən göründüyü kimi, qaz sayğacı ekspertizanın rəyinə görə, yararsız hesab edilib. Lakin buna baxmayaraq, Lənkəran Qaz İstismar Sahəsinin rəisi Ceyhun Axundovun göstərişi ilə mart ayının 5 – də evimizə gələn qaz xəttini kəsiblər.

Havaların soyuq keçdiyi bir gündə, 77 yaşlı xəstə anamın və sağlamlıq imkanları məhdud olan 12 yaşlı xəstə uşağın (o, evdə təhsilə cəlb olunub, kəllədaxili təzyiqdən əziyyət çəkir və müalicə alır) olduğu evdə qaz xəttinin kəsilməsinə nə ad vermək olar?! Qeyd edim ki, qazın verilişi dayandırıldıqdan sonra hər iki xəstənin xəstəlikləri də şiddətlənmişdir.

Cənab Prezident!

Sizdən xahiş edirik, bizə məsləhət verin ki, hansı qüruma müraciət edək.

İmza: Hüseynov N.

30. 09. 2013 – cü il
Hörmətli qonaq, Biz sizə qeydiyyatdan keçməyi tövsiyə edirik